Paşinyandan bezən ermənilər İrəvanda xaos yaratdı | Ermənistanda son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda vəziyyət gərgin olaraq qalır.
Mayın 14-ü səhər saatlarından etibarən İrəvanda və digər bölgələrdə yenidən vətəndaş itaətsizliyi aksiyası başlayıb. Bu barədə yerli mediada məlumat verilib.
Qeyd edilib ki, aksiya “Vətən üçün Tavuş” hərəkatına dəstək məqsədilə həyata keçirilir.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, polis İrəvan küçələrini bağlayan itaətsizlik aksiyasının azı 38 iştirakçısını saxlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları İrəvanın mərkəzi küçələrini bağlamağa çalışsalar da, polis onlara mane olub.
Hazırda nümayişçilər mərkəzi Saxarova meydanında, hökumət binalarının yaxınlığında aksiya keçirirlər. Ermənistanın xüsusi təyinatlı polis qüvvələri ətraf küçələrin bağlanmasının qarşısını almağa çalışır.
Qeyd edək ki, təkcə mayın 13-ü keçirilən aksiyada 150-dən çox etirazçı saxlanılmışdı.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
