Paşinyandan gözlənilməz hərəkət | Türkləri İrəvana gətirməkdə əsl məqsəd...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli jurnalistlər İrəvan tərəfinin təşəbbüsü ilə Baş nazir Nikol Paşinyandan müsahibə almaq üçün Ermənistana gəliblər.
Bu barədə Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Çarukyan deyib.
Onun sözlərinə görə, Ermənistana 10 KİV nümayəndəsi gəlib: “Bizim təşəbbüsümüzdə 10 media orqanı var idi, məqsəd Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə çatdırmaqdır. Səfər zamanı KİV nümayəndələri Baş nazir, bir sıra digər rəsmi şəxslərlə müsahibələr və müzakirələr aparıblar”.
Q.Çarukyan bildirib ki, dəvət olunanlar arasında hökumətyönlü, müstəqil və müxalif media nümayəndələri də var: “Türkiyə mediasının nümayəndələri Ermənistan dövlət büdcəsindən ayrılan vəsaitlə bura gəliblər, üç gün burada qalacaqlar, sabah qayıdacaqlar”.
Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə müsahibə verib. Erməni Baş nazir səhifəsində bununla bağlı qısa video da paylaşıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
