Paşinyandan korrupsiya etirafı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Ermənistanda korrupsiyanın güclənməsindən danışmaq istəyirəm. Bizə – hakimiyyət nümayəndələrinə insanlar bu və ya digər məsələni həll etmək xahişi ilə rəsmi şəkildə müraciət edirlər”.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, bəyanatları qəbul edir, imzalayır, Nazirlər Kabinetinə təqdim edir, müzakirə olunur. Sonda məlum olur ki, məsələnin hüquqi əsası yoxdur və onu həll edə bilmirlər.
“Sonra təsadüfən öyrənirik ki, bizə müraciət edən və rədd cavabı alan şikayətçi baş nazirə yox, daha aşağı məmura, “bilikli” şəxsə müraciət edərək problemini həll edib və tamam başqa işə əl atıb”, – deyə N.Paşinyan fikirləri ilə diqqət çəkib.
“Hörmətli həmkarlar, gəlin etiraf edək ki, bu, ayıbdır və biz bu məsələni ciddi şəkildə həll etməliyik”, – deyə Baş nazir əlavə edib.
Hökumət başçısının sözlərinə görə, korrupsiya ilə mübarizənin müxtəlif üsulları var: “İnsanlara elə gəlir ki, bu bürokratik şəbəkəyə ancaq onlar düşür, amma sizə gündə neçə dəfə belə tora düşdüyümü desəm, yəqin ki, inanmayacaqsınız”, – deyə N.Paşinyan bildirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
