Paşinyandan referendum barədə qərar | Ermənistan Aİ-yə daxil ola biləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Birliyinə daxil olmaq üçün referendumun keçirilməsini hazırda məqsədəuyğun hesab etmirəm, lakin Ermənistan xalqının Avropa istəyi var”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyi və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi “Erməni Demokratik Forumu”nun iclasında çıxışında deyib.
“Əgər referendum olsa, təşviqat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: Necə, nə vaxt, Avropa Birliyi bizi istəyir, ya yox? İnsanlar Avropa Birliyinin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Bu suala cavab verə bilmərəm, çünki AB daxilində proseslər gedir ki, bu da ən azı seçkinin nəticələri ilə bağlı suallar doğurur”, – N.Paşinyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
