Paşinyanı devirməyə çalışan keşişin sonu | Kimlər həbs edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda istintaq “Müqəddəs Mübarizə” hərəkatının 16 tərəfdarının həbsi ilə bağlı məhkəməyə vəsatətlər göndərib.
KİV-in məlumatına görə, onların arasında iyunun 25-də saxlanılan hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan da var.
Məhkəmə Qalstanyan haqqında 2 aylıq həbs qətimkan tədbiri ilə bağlı istintaqın vəsatətini təmin edib.
Bundan başqa, məhkəmə prosesi zamanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın deputatı David Qalstyan, Baqrat Qalstanyanın köməkçisi Movses Şabatyan, hərəkatın tərəfdarı olan bloger Armen Aleksanyan, istefada olan polkovnik Miqran Maxsudyan, sabiq hərbçi Ara Rostomyanın atası, hərəkatın fəalları Lidiya Mantaşyan və Aqvan Arşayan haqqında da iki aylıq həbs qətimkan tədbiri seçilib.
#Ermənistan teqi istifadə olunub
- İrəvanın yeni təhlükəsizlik axtarışı
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular
- Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV
