Paşinyanı təhdid edirlər ki... | Erməni Baş nazir parad üçün Rusiyaya getməyəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 9-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirakı naməlum olaraq qalır.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Baş nazirin dəftərxanası Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır. Yalnız parlamentin sədri Alen Simonyan Paşinyanın iştirakının düzgün olacağı fikrini bildirib. Məlumata görə, ləngimə hakim “Vətəndaş Müqaviləsi” Partiyası daxilindəki fikir ayrılıqları ilə bağlıdır. Partiyanın “sorosçu qanad”ı Moskvaya getməyə qarşıdır. Məsələ həmçinin paradda iştirakın nəticəsiz qalmayacağını bəyan edən xarici tərəfdaşların təhdidləri ilə bağlıdır.
Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin iştiraklarını ləğv etməsindən sonra Paşinyanın vəziyyəti daha da mürəkkəbləşib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasın təhdidləri əslində öz nəticəsini verib. Bununla belə, Paşinyan fors-major hal baş verməsə, getməyə meyillidir”, ‒ erməni nəşri bildirir.
Rusiyanın Ermənistandan bir hərbi bölmənin parada göndərmək təklifinə gəlincə, “Hraparak” yazır ki, İrəvan Azərbaycandan fərqli olaraq Moskvaya hərbçilər göndərməyəcək.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
