Paşinyanın çıxışı Kremlini qəzəbləndirdi: o, məsuliyyətsiz və təxribatçıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki son çıxışını tam məsuliyyətsiz və təxribatçı hesab edir.
Bu barədə Rusiya mətbuatı məlumat verib.
“Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya-Ermənistan münasibətləri ilə bağlı fikirlərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. N.Paşinyan Volodimir Zelenskinin yolu ilə gedərək sıçrayışlar edir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, N.Paşinyan Avropa Parlamentində müttəfiqlərinin hərəkətsizliyindən şikayətlənib. Onun fikrincə, bu, Ermənistanın suverenliyinə əsas təhdidlərdən biridir:
"Xarici qüvvələr hibrid texnologiyalardan istifadə etməklə Ermənistanda daxili qeyri-sabitlik yaratmağa çalışıblar", – deyə Baş nazir bildirib.
N.Paşinyan Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarını da hərəkətsizlik nümayiş etdirməkdə günahlandırıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
