Paşinyanın hakimiyyətdə olması belə adlandırıldı | Oskanyan od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. V.Oskanyan hazırkı liderin Ermənistana rəhbərlik etməsini milli fəlakət adlandırıb.
“N.Paşinyanın hakimiyyətdə qalması təkcə siyasi məsələ deyil, həm də milli fövqəladə hal kimi qiymətləndirilə bilər. Onun rəhbərliyi dövründə daim alçaldılma, məğlubiyyət və tənəzzül olub”, – deyə o əlavə edib.
Sabiq nazirin sözlərinə görə, N.Paşinyan lider kimi yox, əlindəki gücdən ümidsizcəsinə yapışan adam kimi ölkəni idarə edir.
V.Oskanyan onu da bildirib ki, Ermənistan artıq N.Paşinyanın uğursuzluqları ilə barışmır və o, hakimiyyətdə nə qədər çox qalsa, bir o qədər ziyan vuracaq.
Ölkənin keçmiş xarici işlər naziri artıq bəhanələrin vaxtının bitdiyini vurğulayıb.
“N.Paşinyan Ermənistanın ləyaqəti, təhlükəsizliyi və gələcəyi naminə ölkədən getməlidir”, – deyə o qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
