Pleyeri seçin:
Paşinyanın partiyası seçki marafonunun qalibi oldu
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
Ölkənin kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" Partiyası 49,74% səslə qalib gəlib.
Siyahıda "Güclü Ermənistan" 23,27% səslə ikinci, "Ermənistan Alyansı" isə 9,92%-lə üçüncü yerdə qərarlaşıb.
"Çiçəklənən Ermənistan" Partiyası səslərin 3,98%-ni toplayıb. O, 4% həddini keçə bilmədiyi üçün parlamentdə təmsil olunmayacaq. Seçkilərdə ümumilikdə 1 milyon 476 769 nəfər və ya əhalinin 58,9 %-i iştirak edib.
Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası hökuməti təkbaşına formalaşdıracaq.
Kopyalandı
#Nikol Paşinyan teqi istifadə olunub
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- Ermənistanın baş naziri Hessen Sülh Mükafatına layiq görülüb - ANA XƏBƏR
- Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM
- Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV
- Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV
