Paşinyanın yerinə onu gətirmək istəyirlər | Trampın qayıdışı hər şeyi kökündən dəyişəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan hökumətində bir neçə nazir və digər yüksəkrütbəli şəxs qəflətən istefa verib.
Məmurların istefa dalğası Baş nazir Nikol Paşinyanın güc strukturlarının rəhbərləri ilə keçirdiyi görüşdən sonra baş verib.
Baş nazir ölkədə təhlükəsizlik məsələlərinə görə məmurları tənqid edib və onlardan istefa verməsini istəyib.
Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan iclasdan dərhal sonra istefa veriblər.
Erməni mediasının yazdığına görə, iclas zamanı Nikol Paşinyan və nazir Qnel Sanosyan arasında kəskin qarşıdurma da yaşanıb. Bundan başqa daxili işlər naziri Vahe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa verib.
Nikol Paşinyan hazırda Vatikanda səfərdədir və nazirlərin istefasına səfərdən qayıtdıqdan sonra münasibət bildirəcəyi gözlənilir.
Maraqlıdır, Ermənistanda nə baş verir?
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
