Paşinyanla söhbət edən məmurlar istefa ərizəsi yazdı | Sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrin erməni seqmenti Baş nazir Nikol Paşinyanın noyabrın 17-də axşam hökumətdə real təmizləmələr həyata keçirdiyini yazır.
Məlumata görə, Baş nazir sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanı yanına çağırıb. Məhz bundan sonra məmurlar istefa ərizələrini təqdim ediblər.
Digər bir məlumatda Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryanın da istefa verdiyi deyilir. Şayiələrə görə, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da öz həmkarlarından nümunə götürüb.
Qeyd edək ki, bütün bunlar hələ rəsmi təsdiqini tapmayıb. İstefaların Nikol Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
