Pleyeri seçin:

Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi

04 may 2026 297 baxış

ABŞ Müdafiə Nazirliyi yeni nəsil süni intellekt alqoritmlərinin məxfi sənədlərlə işləməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə "Defence Express" nəşri yazır.

Buna qədər agent tipli süni intellekt sistemləri əsasən hesabatlar, maliyyə sənədləri və strateji materiallarla işləmək üçün istifadə olunurdu və yalnız qeyri-məxfi məlumatlarla məhdudlaşırdı. İndi isə bu sistemlər məxfi səviyyəli sənədlər və tapşırıqlar üzərində də tətbiq olunacaq.

Pentaqonun Rəqəmsal Texnologiyalar və Süni İntellekt üzrə Baş İdarəsi (CDAO) bildirib ki, bu icazəni səkkiz aparıcı şirkət alıb: "SpaceX", "OpenAI", "Google", "Nvidia", "Reflection", "Microsoft", "Amazon Web Services" və "Oracle". Bu şirkətlərin kommersiya bazarında mülki istifadəçilər üçün təqdim etdiyi məşhur məhsullar arasında "ChatGPT", "Gemini" və "Copilot" yer alır.

Eyni zamanda, onlar korporativ həllər də təklif edir, "Nvidia" isə süni intellekt texnologiyaları üçün aparıcı avadanlıq istehsalçısı kimi tanınır.

Nəşrin analitikləri izah edirlər ki, agent tipli süni intellekt sistemləri proqram interfeysləri vasitəsilə mühitlə qarşılıqlı əlaqə qurur və mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir. Ənənəvi generativ süni intellektdən fərqli olaraq, burada istifadəçi yalnız son məqsədi müəyyən edir, sistem isə həmin məqsədə çatmaq üçün lazım olan addımları ardıcıl və avtonom şəkildə icra edir, eyni zamanda öyrənməyə davam edir.

Qeyd olunur ki, bu texnologiyaların konkret hansı əməliyyatlarda istifadə olunacağı açıqlanmır və böyük ehtimalla məxfi status səbəbindən açıqlanmayacaq.

Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Dünya
07 avqust 2026 297 baxış
Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Dünya
07 avqust 2026 297 baxış
Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Dünya
07 avqust 2026 297 baxış
Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Dünya
07 avqust 2026 297 baxış
Qədim dənizçilərin sirli bələdçisi alimləri çaşbaş qoydu

Qədim dənizçilərin sirli bələdçisi alimləri çaşbaş qoydu

Dünya
07 avqust 2026 297 baxış
Hörmüz boğazında 2 gəmi məhv edildi

Hörmüz boğazında 2 gəmi məhv edildi

Dünya
07 avqust 2026 297 baxış
Ukrayna ballistik proqramını gücləndirir

Ukrayna ballistik proqramını gücləndirir

Dünya
07 avqust 2026 297 baxış
Suriyada mikroavtobus partladıldı | Ölənlər və yaralananlar var

Suriyada mikroavtobus partladıldı | Ölənlər və yaralananlar var

Dünya
07 avqust 2026 297 baxış
Marsda eyni anda həm “yaz”, həm də “qış” olur

Marsda eyni anda həm “yaz”, həm də “qış” olur

Dünya
07 avqust 2026 297 baxış
Tərəflər yeni qətnamə ilə bağlı BMT TŞ-yə müraciət edəcək

Tərəflər yeni qətnamə ilə bağlı BMT TŞ-yə müraciət edəcək

Dünya
07 avqust 2026 297 baxış
Seçilmişlər
icon