Pentaqon sərt xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Məxfi sənədlərin internetə sızması insanların ölümünə səbəb ola bilər”.
Bu barədə Pentaqonun sözçüsü Kris Miqer bildirib. O vurğulayıb ki, Pentaqon komandası sosial mediada yayılan və bəzi hallarda həssas və yüksək məxfilik ehtiva edən sənədlərin fotolarının həqiqiliyini nəzərdən keçirməyə və qiymətləndirməyə davam edir.
“Görünür, bu şəkillərdən bəziləri dəyişdirilib. Həssas məxfi materialların yayılması təkcə milli təhlükəsizliyimiz üçün təhlükə deyil, həm də insanların həyatını itirməsinə səbəb ola bilər. Katib, Müdafiə Nazirliyi və ABŞ hökuməti bu məsələyə son dərəcə ciddi yanaşır və bu bizim üçün əsas prioritetdir”, – deyə o qeyd edib.
“The Guardian” qəzetinin yaydığı məlumata görə, sızdırılmış məxfi sənədlərdə 50 Britaniya xüsusi təyinatlısının fevral-mart aylarında Ukraynada olması ilə bağlı məlumatlar da var.
#Sosial media teqi istifadə olunub
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Rəqəmsal dövrün yeni təhlükəsi: milli dəyərlər qlobal təzyiq altında - Baku TV CANLI
- “Gənclərin sosial mediada və mətbuatda yerinə diqqət çəkməliyik” | Hikmət Hacıyev - Baku TV
- Britaniya yeniyetmələrin zərərli sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq niyyətindədir
- Müştəri nə istəyir, onu da hazırlayırıq | İnsan saçı və qanı ilə düzəldilmiş aksesuarlar
