“Gənclərin sosial mediada və mətbuatda yerinə diqqət çəkməliyik” | Hikmət Hacıyev - Baku TV
“Dünyanın hər yerində hökumətlər gəncləri zərərli məzmundan, kiberhücumlardan, asılılıq yaradan alqoritmlərdən və psixoloji risklərdən necə qoruyacaqlarını yenidən qiymətləndirirlər. Eyni zamanda informasiyaya çıxış və ifadə azadlığını qorumağa çalışırlar”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Hikmət Hacıyev bildirib ki, bu, texnologiyanın məhdudlaşdırılması ilə bağlı müzakirə deyil. Söhbət uşaqların qorunmasından, rəqəmsal informasiyanın rəqəmsal məsuliyyətlə paralel şəkildə inkişafının təmin edilməsindən gedir.
“Sosial mediadan istifadə zamanı uşaqlarımızın və yeniyetmələrimizin mühafizəsi üçün tədbirlərin görülməsini nəzərdən keçirməliyik. Müəyyən məhdudiyyətlərin labüd olduğunu vurğulamalıyıq. Çünki biz bununla bağlı məsuliyyət daşıyırıq”, – deyə o əlavə edib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
- Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım - Baku TV
- Hikmət Hacıyev: "Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq"
