Pleyeri seçin:

Peskov Putinlə Şaraa arasındakı danışıqlarla bağlı açıqlama verdi

29 yanvar 2026 700 baxış

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinlə Suriya lideri Əhməd Əl Şaraa arasında keçirilən danışıqlarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, görüş zamanı Suriyanın sabiq prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi müzakirə edilməyib.

Peskov bildirib ki, danışıqlarda əsas diqqət Rusiya ilə Suriya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Eyni zamanda Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi də görüşün gündəliyində yer alıb.

Peskov qeyd edib ki, Rusiya ABŞ-dən Strateji Hücum Silahlarının Məhdudlaşdırılması üzrə Müqavilə ilə bağlı irəli sürülən təşəbbüslərə cavab gözləməkdə davam edir, lakin hələlik rəsmi reaksiya alınmayıb.

O əlavə edib ki, Almaniyanın Ukrayna ilə bağlı danışıqlarda vasitəçi qismində iştirakı hazırda gündəmdə deyil. Əbu-Dabidə keçirilməsi planlaşdırılan görüşün formatı isə dialoqun bərpa ediləcəyi tarixə qədər razılaşdırılacaq.

Peskovun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri hazırda Rusiyanın Ərəb dünyasında əsas ticarət tərəfdaşıdır.

Kreml sözçüsü Ukrayna ilə enerji sahəsində atəşkəsin əldə olunması və ya bu istiqamətdə aparılan mümkün danışıqlarla bağlı yayılan məlumatları şərh etməkdən imtina edib. Eyni zamanda Peskov bildirib ki, Əbu-Dabidə ekspertlər səviyyəsində keçiriləcək növbəti danışıqlar raundu zərurət yaranacağı təqdirdə bir gündən artıq davam edə bilər.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 700 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 700 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 700 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 700 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 700 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 700 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 700 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 700 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 700 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 700 baxış
Seçilmişlər
icon