Peskov Ukraynanın çağırışları rədd etməsinə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynada NATO ilə əlaqəli şəxslərin olması barədə məlumatlıyıq”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Fransanın Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq cəhdlərinə də münasibət bildirərək bu addımı çox təhlükəli adlandırıb:
"Ümumiyyətlə, müzakirələrin genişlənməsi və Fransanın israrlı fəaliyyəti gərginliyi artırmaq üçün birbaşa xətdən başqa bir şey deyil. Parisin Ukraynaya hərbçi göndərməyə hazır olması ilə bağlı bəyanatları arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu, çox təhlükəlidir. Biz uzun müddətdir NATO ilə birbaşa əlaqəli şəxslərin Ukrayna ərazisində olması barədə məlumatlıyıq. Bu siqnallara dair ciddi ölçülər götürülməlidir”.
Kremlin sözçüsü Dmitri Peskov Roma Papası Fransiskin Ukrayna ilə bağlı danışıqların zəruriliyi haqda açıqlamalarına da münasibət bildirib. O xatırladıb ki, Vladimir Putin dəfələrlə danışıqların lehinə çıxış etsə də, rəsmi Kiyev bu cür təmasın mümkünlüyünü qəti şəkildə inkar edib. D.Peskovun sözlərinə görə, Ukraynanın ən böyük səhvi Qərb ölkələrinin Rusiyanı məğlub edə biləcəyinə dair danışdığı yalanlara inanmasıdır.
Qeyd edək ki, Roma Papası Fransisk Ukrayna münaqişəsində uduzan tərəfin “ağ bayraq qaldırmağa cəsarət” tapmalı və danışıqlara razılıq verməli olduğunu söyləyib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
