Peskovdan Putinlə bağlı mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Kiyev hakimiyyəti dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdləri edib.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin V.Putinə qarşı təhdidlərlə dolu çıxışlarını şərh edərkən deyib.
“Xatırlayırsınızsa, müxtəlif səviyyələrdə dəfələrlə Ukraynadan V.Putinin həyatına yönələn cəhdlər olub. Biz bunu yaxşı bilirik. Onlar heç vaxt uğur qazana bilməyəcəklər. Şübhəmiz yoxdur ki, biz xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələrinə nail olacağıq”, – D.Peskov bildirib.
Qeyd edək ki, söhbət Ukrayna Prezidentinin “The Sun” nəşrinə verdiyi müsahibədən gedir. V.Zelenski jurnalistin fürsət yarandığı təqdirdə Ukraynanın V.Putini öldürmək şansından istifadə edib-etməyəcəyi ilə bağlı sualına “Bu, müharibədir və Ukraynanın torpaqlarını müdafiə etmək hüququ var”, – deyə cavab verib.
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
