Pleyeri seçin:
Peskovdan Vardanyanla bağlı önəmli açıqlamalar: o, hansı ölkənin vətəndaşıdır?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsini tutmuş Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.
Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.
“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm. Onun saxlanmasından xəbərim yoxdur. Kim tərəfindən saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, – deyə Kreml sözçüsü bildirib.
Bundan başqa, o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.
Kopyalandı
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
