Peycerlərin partladılması ilə bağlı gözlənilməz iddia | İsrail necə plan qurdu?
Yeniliklərdən dərhal xəbərdar olun
Livanla İsrail arasında davam edən gərgin münasibətlər fonunda “Hizbullah” daxili yazışma və təhlükəsiz ünsiyyət üçün telefonlardan deyil, peycerlərdən istifadə edir.
Artıq bir ildir ki, ölkə ərazisində bu kommunikasiya üsulu geniş yayılıb. “Hizbullah” bu metodu təhlükəsiz hesab etsə də, ən böyük təhlükə elə kiçik elektron qurğudan gəldi.
Belə ki, iddialara görə, İsrail Livan ərazisində istifadə olunan peycerləri kütləvi formada eyni anda partlatmaqla 10 nəfərin ölümünə, 4000 nəfərin xəsarət almasına səbəb oldu.
Livan Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralananlardan 500 nəfərinin vəziyyəti olduqca ağırdır. Bu da ölüm sayının artacağını istisna etmir.
Hadisənin niyə məhz 17 sentyabrda baş verməsinə Livanın “Al-Monitor” xəbər agentliyi aydınlıq gətirib.
Nəşr yazır ki, “Hizbullah”la genişmiqyaslı müharibə ərəfəsində peycerləri partlatmaq İsrailin çoxdankı planı olub, amma bu plan tərəflər arasında müharibə genişlənərsə icra edilməli idi.
Sadəcə “Hizbullah” üzvlərindən bir neçəsi peycerlərdə xarici müdaxilə ciplərinin yerləşdirilməsindən şübhələndikdən sonra SAXAL B planına əl ataraq kütləvi partlayış etdi.
Livanın informasiya naziri Ziad Makari isə bu hücumu “İsrailin təcavüzü” kimi qiymətləndirib. “Hizbullah” İsrailin partlayışına görə “ədalətli cəzasını” alacağını bildirib. Ehtimallardan biri də peycerlərin içində kiçikölçülü, amma böyük gücə malik partlayıcı kimyəvi elementin yerləşdirilməsidir.
“Bəs partlayış necə icra edildi?” sualına gəlincə isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü “The New York Times” qəzetinə açıqlama verərək bildirib ki, cihazlar təxminən 10 saniyə ərzində səs siqnalı verib. Niyyət istifadəçilərin diqqətini cəlb etmək olub. Nəticədə mesajı oxumaq üçün onlar peyceri gözlərinə və üzlərinə yaxın tutublar. Məhz bu səbəblə əksər livanlı üz və əl nahiyəsindən xəsarət alıb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
