Pezeşkian və XİN sözçüsünün fikirləri toqquşdu | Bizi təhdid etsələr…
Yeniliklərdən dərhal xəbərdar olun
İran “Hizbullah”a kömək üçün qoşun göndərmək niyyətində deyil.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
“Əgər bizi təhdid etsələr, əl-qolumuz bağlı deyil, cavab verə bilərik. Amma biz müharibə istəmirik. İran İslam Respublikası və İran xalqı müharibə tərəfdarı deyil. Əksinə, biz regionda sülh və sabitliyi möhkəmləndirməyə çalışırıq
Livan və Fələstin daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları sionist rejiminin təcavüzündən müdafiə olunmaq üçün bütün lazımi imkanlara malikdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, – deyə o bildirib.
Məsələnin ən maraq doğuran məqamı isə ondan ibarətdir ki, xarici mediaya müsahibə verən İran Prezidenti Məsud Pezeşkian İslam ölkələrini İsrailə qarşı birləşməyə səsləyərək bildirib ki, “Hizbullah” təkbaşına İsrail ilə bacara bilməyəcək.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
