Pleyeri seçin:

PKK-nın İran qanadından Öcalanın çağırışına reaksiya | “Özünü burax” mesajından sonra...

04 mart 2025 520 baxış

PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışından sonra təşkilatın müxtəlif qanadlarından açıqlamalar gəlməkdə davam edir.

PKK-nın İran qanadı PJAK da çağırışı dəstəklədiyini açıqlayıb.

Təşkilatın Suriyadakı siyasi qanadı PYD-nin sədri Saleh Müslüm növbəti dəfə çağırışa dəstəyini bildirib:

“Abdullah Öcalanın açıqlamaları ilə razıyıq. Siyasi qrup olaraq fəaliyyət göstərməyimizə icazə verilsə, silahlarımızı yerə qoyacağıq”.

“Çətir”ini YPG-nin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri Mazlum Abdi çağırışın onlara aid olmadığını deyib.

A.Öcalandan PKK-ya verilən “özünü burax” mesajından sonra bütün gözlər atılacaq addımlara çevrilib.

PKK-ya bağlı Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) millət vəkili Sırrı Süreyya Öndər bu barədə bildirib:

“Birinci mərhələ uğurla başa çatıb. Bu, dəyərli, strateji, həyati, ən vacib hissə idi”.

S.S.Öndər PKK liderinin bu bəyanatı heç bir şərt daxilində vermədiyini söyləyib:

“Şərəfimlə sizi əmin edirəm ki, bu məsələdə heç bir sövdələşmə və ya şərt yoxdur. Bundan sonra nə olacaq? Prosesin bundan sonra həyata keçirilməsi üçün bir sıra texniki, infrastruktur, hüquqi-siyasi alətlərə ehtiyac var. Bunlar bu prosesin şərtləri deyil, amma zəruridir. Biz bu ölkəni parçalamayacağıq, parçalanmasına imkan verməyəcəyik”.

S.S.Öndərə PKK-ya edilən çağırışın YPG-yə aid olub-olmadığı da soruşulub:

“Prinsipcə, hər kəsi əhatə edir. Bu iradə bəyan olunub. Bunun necə həyata keçiriləcəyini birlikdə danışaq, müzakirə edək və bir yerə çataq. Əlbəttə, bura əsasən PKK daxildir. Bu, əsas orqandır, onun inşa etdiyi strukturdur. Amma YPG də A.Öcalandan ilham alaraq ortaya çıxan bir quruluşdur. Çağırış hər kəsə aiddir”.

Banner
Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Dünya
26 oktyabr 2026 520 baxış
Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Dünya
26 oktyabr 2026 520 baxış
ABŞ hərbi bazasında BYD qadağası

ABŞ hərbi bazasında BYD qadağası

Dünya
26 oktyabr 2026 520 baxış
İrana qarşı 96 saatlıq hücum iddiası

İrana qarşı 96 saatlıq hücum iddiası

Dünya
26 oktyabr 2026 520 baxış
"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

Dünya
26 oktyabr 2026 520 baxış
Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 520 baxış
Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
26 oktyabr 2026 520 baxış
Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Dünya
26 oktyabr 2026 520 baxış
Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 520 baxış
“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

Dünya
26 oktyabr 2026 520 baxış
Seçilmişlər
icon