Polislə etirazçılar arasında toqquşma faciə ilə bitdi | Yeni Kaledoniyada xaos
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır.
Xarici medianın yaydığı son məlumata görə, adada müstəqillik tərəfdarları ilə polis arasında toqquşma nəticəsində azı 6 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Çox sayda mağaza və iş yerlərinə ziyan dəyib.
Əraziyə cəlb olunan təhlükəsizlik qüvvələrinin 60 nəfər əməkdaşı etirazçılarla toqquşma zamanı yaralanıb. Bildirilib ki, azı 214 kanak iğtişaşlar zamanı polis tərəfindən nəzarətə götürülüb.
“Hər bir insanın həyatı bizim üçün vacibdir. Heç kimin başqasının canını almağa haqqı yoxdur. Ona görə də biz baş verənlərə görə çox kədərlənirik. Biz gənc kanakların polislər tərəfindən öldürüldüyünü görməkdən təəssüf edirik. Bütün bunları qəbul etmək, hətta anlamaq belə bizim üçün çox çətindir.
Bizim ağsaqqallarımız danışıqlar aparır ki, bölgədə vəziyyət sakitləşsin və Fransa hökuməti öz bəyanatı ilə çıxış etsin. Lakin onlar qoşun göndərməklə məşğuldurlar. Bu addım isə danışıqların bərpasına töhfə verə bilməz.
Biz bu adada son 3000 ildir ki, sahib olduğumuz xüsusiyyətləri də itiririk. Hansı ki, biz vaxtilə bura könüllü və ya məcburi olaraq gələn insanlara qucaq açıb, onları gülərüzlə qarşılamışdıq”, – Kanak İşçilər Birliyinin üzvü Rok Haokas bildirib.
13 may tarixindən bəri 270 000-dən çox əhalisi olan adada qarışıqlığın hökm sürməsinə səbəb Fransa hakimiyyətinin regionda səsvermə sistemində dəyişikliklər etməsidir. Yeni qanun layihəsində bölgədə azı 10 il yaşayan Fransa vətəndaşlarının səsvermədə iştirakı nəzərdə tutulur.
Sözügedən sənəd əhalinin etirazı ilə qarşılanıb. Qanunla razılaşmayan etirazçılar bunun bölgədə məskunlaşan kanak xalqının yox edilməsi demək olduğunu bildirib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
