Polşa rəsmilərindən sensasiya: Lukaşenkonu qorxudan Rusiya-Ukrayna ssenarisi
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko Kremlə etibar etmədiyi üçün Polşadan keçərək qaçmağı düşünürdü”.
Bunu polşalı jurnalist Zbiqnev Parafyanoviç “Polşa müharibədədir”kitabında yazıb.
Polşa rəsmiləri anonimlik şərti ilə jurnalistə bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ilk aylarında Varşava Belarusun mümkün müharibəyə daxil olmasından ciddi narahat olub:
“Polyaklar sadəcə narahatlıqla məhdudlaşmayıblar və Belarus Ordusunun arxa cəbhəsində təxribat törətmək üçün Minskdə rejim əleyhinə diversiya qrupları göndərmək üçün ssenari hazırlamağa başlayıblar. Lukaşenkonun özü o zaman o qədər qorxub ki, hətta müxtəlif kanallar vasitəsilə Varşavaya onun sərhədi keçib ən yaxın Polşa hava limanından uçmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sorğular göndərməyə başlayıb. O, yaxşı bilirdi ki, müharibə onlar üçün pis ssenari üzrə getsə, ruslar Batyanın Belarus hava məkanından uçmasına icazə verməyəcəklər”.
#Polşa teqi istifadə olunub
- Polşada ABŞ-nin hərbi bazası tikiləcək?
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
