Pleyeri seçin:

Portuqaliyada arxeoloqları şoka salan 12 insan skeleti | XV əsr dəfn adətləri necə imiş?

19 may 2025 467 baxış

Portuqaliyanın Portiman şəhərində arxeoloqları və tarixçiləri heyrətləndirən qeyri-adi hadisə baş verib.

Belə ki, XV əsrə aid olan orta əsr kilsəsi "Igreja Matriz de Portimao"nun divarı uzun sürən yağışlardan sonra uçub.

Dəyən zərəri qiymətləndirmək üçün əraziyə gələn işçilər gözlənilməz mənzərə ilə qarşılaşıblar. Daha dəqiq, divarın qalıqları altından insan skeletləri aşkarlanıb.

Bu barədə "Popular Mechanics" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu tarixi bina şəhərin ən hündür nöqtəsində yerləşir və Portimanın əsas turistik məkanlarından biri sayılır.

İlkin araşdırmalara görə, uçmuş divarın içindən təxminən 12 insan skeleti çıxıb. Tarixçilər bildirirlər ki, orta əsrlərdə kilsə əraziləri tez-tez dəfn sahəsi kimi istifadə olunurdu. Bu divarın da həmin dövrlərdə eyni məqsədlə tikildiyi və ya yenidən qurulduğu ehtimal edilir.

Arxeoloqlar ərazidə daha maraqlı və qiymətli tapıntıların ola biləcəyini istisna etmirlər. İlkin təhlillər göstərir ki, aşkar edilən skeletlər XV əsrə aiddir. Mütəxəssislərin fikrincə, həmin məkan uzun müddət ərzində dəfələrlə dəfn yeri kimi istifadə olunub.

Hazırda tədqiqatçılar skeletləri ətraflı şəkildə analiz edərək ölən şəxslərin cinsi, yaşı və mümkün xəstəlikləri haqqında məlumat toplamağa çalışırlar. Bu araşdırmalar həm yerli tarixə, həm də orta əsr dəfn adət-ənənələrinə işıq tuta bilər.

Banner
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 467 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 467 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 467 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 467 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 467 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 467 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 467 baxış
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Dünya
09 noyabr 2026 467 baxış
NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 467 baxış
2060-cı ilə qədər buzlaqlar yox ola bilər

2060-cı ilə qədər buzlaqlar yox ola bilər

Dünya
09 noyabr 2026 467 baxış
Seçilmişlər
icon