Priqojinin şübhəli ölümü
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya təbliğat və informasiya sistemi itki içindədir və Priqojinin ölümü ilə bağlı məlumatı necə təqdim edəcəyini bilmir. Təyyarə qəzası və sərnişinlər siyahısında Priqojinin adı barədə məlumat verilir. Aydındır ki, bunu necə göstərmək anlayışı yoxdur. Çünki heç kim əvvəlcədən hazır deyildi”.
Bunu rusiyalı politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Ukraynanın təbliğat sistemi Priqojinin ölüm mövzusu üzərində çox fəal işləyir:
“Onlar Priqojinə əmri verənin Putin olduğunu sübut etməyə çalışırlar. Mənə elə gəlir ki, bu, dolayısı ilə sübut edir ki, Priqojinin təyyarəsinin qəzaya uğramasında Rusiya hakimiyyətinin yox, Ukrayna hakimiyyətinin əli var”.
Müharibənin Tədqiqi İnstitutunun analitikləri Vladimir Putinin qiyamın qisasını aldığına və “Vaqner” rəhbərliyini məhv etmək əmrini verdiyinə inanmağa meyillidirlər. Həmçinin Qərb kəşfiyyatı “Finance Times”a bildirib ki, Priqojinin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Bundan əlavə bildirək ki, Priqojinin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin cəsədləri ritual xidmətlərin maşınlarında aparılmağa başlanılıb, 2 avtobus səhər saat 6-da hadisə yerini tərk edib.
Qeyd edək ki, Putin hadisədən sonra təcili olaraq Kursk səfərindən Moskvaya qayıdıb.
#Vaqner hərbi şirkəti teqi istifadə olunub
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- "Vaqner" qrupu Malidən çıxarıldı | Rusiya gücünü belə göstərir
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Əsədin qüvvələrinə qarşı döyüşənlər “türkiyəyönlü qruplaşma” ilə birgə hərəkət edir?
- “Vaqner”lə bağlı qalmaqal | Ukraynanın bu addımı aranı daha da qarışdırdı
