Pleyeri seçin:

Putin Ərdoğanı təbrik etdi | Türkiyə və Rusiya prezidentləri telefonla danışdı

28 mart 2025 225 baxış

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda strateji layihələrin təşviqi üzrə qarşılıqlı faydalı Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafının cari məsələləri nəzərdən keçirilib. İkitərəfli münasibətlərin müsbət dinamikası və qarşılıqlı ticarət dövriyyəsinin artımı məmnunluqla qeyd olunub.

Rusiya Prezidenti Ukrayna münaqişəsinin sülh yolu ilə həlli və Rusiya-Amerika münasibətlərinin normallaşdırılması üçün ABŞ ilə dialoqun gedişatını dəyərləndirib. Ən yüksək və digər səviyyələrdə keçirilən təmasların konstruktiv xarakteri qeyd olunub.

O cümlədən iki ölkənin ekspert qrupları arasında Ər-Riyadda bu yaxınlarda aparılan məsləhətləşmələrin nəticələri, martın 18-dən etibarən Rusiya və Ukraynanın enerji obyektlərində 30 gün müddətinə moratoriumun qoyulması ilə bağlı əldə olunmuş razılaşma müzakirə edilib.

Eyni zamanda V.Putin Ukrayna tərəfinin Rusiyanın enerji infrastrukturuna davam edən hücum təxribat cəhdlərinə diqqət çəkib.

“İlkin olaraq 2022-ci ilin iyulunda Türkiyə və BMT Katibliyinin vasitəçiliyi ilə bağlanmış, lakin faktiki olaraq həyata keçirilməyən təhlükəsiz daşımalara dair “Qara dəniz təşəbbüsü”nün bərpası, Rusiya ərzaq və gübrələrinin ixracına maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan Rusiya-Amerika dialoqunu dəstəklədiyini və Türkiyə tərəfinin “Qara dəniz sazişi”nin irəliləyişini asanlaşdırmağa hazır olduğunu bildirib. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və bütün türk xalqını müsəlmanların müqəddəs Ramazan ayı və qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”, – deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 225 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 225 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 225 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 225 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 225 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 225 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 225 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 225 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 225 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 225 baxış
Seçilmişlər
icon