Pleyeri seçin:

“Putin əsl ağrını hiss edəcək!” | Trampın səbri daşdı, ABŞ hərəkətə keçir

29 iyul 2025 432 baxış

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə sülh razılaşması əldə etmək üçün Rusiyaya verdiyi 50 günlük müddəti azaltdığını açıqlayıb. İndi Kremlin müharibəni dayandırması və ya ağır iqtisadi sanksiyalarla üzləşməsi üçün cəmi 10-12 gün vaxtı var.

Bu barədə “New York Post” qəzeti yazır.

ABŞ nəşrinə görə, Tramp rusiyalı həmkarı Vladimir Putinə öldürmək üçün daha az vaxt verib və bu düzgün qərardır.

İyulun 28-də ABŞ Prezidenti jurnalistlərə Putinin heç bir xoşməramlılıq nümayiş etdirmədiyini deyib: “Gözləməyə heç bir səbəb yoxdur. Rusiya mallarını alan ölkələrə 100 faizlik rüsum tətbiq etməyə hazıram”.

Ağ Ev sahibinin kəskin qərarı ABŞ-nin ekspert və siyasi dairələrindən geniş dəstək alıb.

Analitiklər hesab edirlər ki, ilkin olaraq 2 sentyabr müddəti Putinə döyüşləri davam etdirmək üçün daha çox vaxt verirdi: “Putinin məqsədi heç vaxt sülh olmayıb, onun məqsədi Ukraynanı tamamilə məhv etmək olub”.

Yüksəkrütbəli Rusiya rəsmiləri Trampın təhdidlərini “teatr ultimatumu” adlandırıblar, amma ekspertlərə görə, bu dəfəki iqtisadi sanksiyalar daha ağrılı ola bilər.

Nəşr yazır: “Kreml narahat olmalıdır. Rusiya iqtisadiyyatı kövrək dayaqlar üzərində tikilmiş bir evdir. Putin büdcənin 40 faizini müharibəyə yatırıb, vətəndaşlar özlərini çətinliklə saxlayırlar”.

Rusiyanın ən böyük ticarət tərəfdaşları olan Çin və Hindistanın mümkün reaksiyası da Kremldə narahatlıq doğurub. İkinci dərəcəli sanksiyalar və 100 faizlik tariflər təhlükəsi onları alternativ bazarlar axtarmağa sövq edə bilər.

“Trampın Rusiya diktatoruna əsl ağrını hiss etdirməkdən başqa çarəsi yoxdur. İndi bunu etməyin vaxtıdır”, – məqalənin yekununda vurğulanır.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 432 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 432 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 432 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 432 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 432 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 432 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 432 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Seçilmişlər
icon