Pleyeri seçin:

“Putin hara yoxa çıxıb?” - İstanbul görüşü ilə bağlı qalmaqallı məlumat

16 may 2025 409 baxış

Mayın 15-də İstanbulda mümkün danışıqlar üçün gözləntilər böyük idi, Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş dönüş nöqtəsi ola bilərdi. Ancaq bu baş vermədi. Gözlənilən görüş diplomatik məyusluğa çevrildi, media günün sonunadək “Vladimir Putin haradadır” sualına cavab axtardı. Bu barədə “The Telegraph” yazır.

Britaniya nəşri xatırladır ki, Zelenski dünən Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirib:

“Putin isə Moskvada iş adamları ilə görüşərək, qeyri-dövlət işi ilə məşğul olub və sonradan məlum olub ki, o, Rusiya Quru Qoşunlarına komandanlıq edən general Oleq Salyukovu vəzifəsindən azad edib. Putin gəlsə, o da gələcəyinə eyham vuran Tramp isə Yaxın Şərqdə idi.

Dünən heç bir mənalı danışıqlar aparılmadı – hətta prezidentin köməkçiləri arasında belə. Rusiya İstanbula keçmiş mədəniyyət naziri (hazırda prezidentin köməkçisi) Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətini göndərib. Onun göndərilməsi simvolik görünür, Zelenskinin fikrincə, İstanbula göndərilən Rusiya nümayəndə heyəti saxtadır.

Moskva 2022-ci ildə İstanbulda keçirilmiş ilk danışıqlar çərçivəsində irəli sürdüyü şərtlərini təkrarlayır: Ukrayna NATO-ya üzvlükdən imtina etməli, tərk-silah olunmalı, neytrallığı qəbul etməli və sair. Kiyev bu şərtləri kapitulyasiya hesab edərək rədd edir”.

Nəşr yazır ki, bu, Uinston Çörçill, Franklin Ruzvelt və İosif Stalinin 1945-ci ilin fevralında Yaltada keçirilən görüşündən sonra ən mühüm görüşlərdən biri kimi tarixə düşə bilərdi:

“Əgər Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski İstanbulun əzəmətli Dolmabahçe sarayında ziyafət süfrəsi arxasında bir araya gəlsəydi, Avropanın taleyini dəyişə bilərdilər. Əvəzində bütün günü davam edən çaşqınlıq yaşandı, üç liderdən heç biri İstanbulda görünmədi”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 409 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 409 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 409 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 409 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 409 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 409 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 409 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 409 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 409 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 409 baxış
Seçilmişlər
icon