Putin maliyyə sıxıntıları ilə üz-üzə | Rusiya qisas əməliyyatına hazırlaşır, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya aerodromlarına hücum və bombardmançıların məhvindən sonra Ukrayna Moskvadan güclü cavab gözləyirdi. Amma Rusiyanın “Hörümçək toru”na cavabı Vladimir Putinin qisas və münaqişəni gərginləşdirmək imkanlarını şübhə altına alır”.
Bu sözlər CNN-də yayılan yazıda qeyd olunub. Məlumata görə, bunun müxtəlif səbəbləri var. Biri odur ki, əgər Moskva “Hörümçək toru”na genişmiqyaslı cavab hücumu hazırlasa, bu, Ukraynanın həyata keçirdiyi əməliyyatın Rusiyaya ciddi zərbə vurduğunu etiraf etmək olar. Kreml isə belə bir təəssürat yaratmaq istəmir.
Bundan başqa, “Putin maliyyə sıxıntıları ilə də üzləşib” deyən NATO-nun silahlanmaya nəzarət üzrə keçmiş əməkdaşı Uilyam Alberk şəxsi heyətin də məhdud olmasına diqqət çəkib.
Rusiyalı blogerlər isə Ukraynanın mövqelərinə “Oreşnik” raketləri ilə zərbə endirmək çağırışları səsləndirir. 2024-cü ildə təqdim edilən bu raket Putin tərəfindən çox təriflənib. Lakin Ukraynaya hücum zamanı cəmi bir dəfə istifadə olunub.
Analitik Mark Qaleotti bildirib ki, bu raketin tətbiqi məhdud hədəflər üçün nəzərdə tutulub. Kifayət qədər dəqiq olmadığı üçün bunkerləri məhv edə bilməz.
ABŞ-dən olan ekspertlərin fikrincə, hazırda Rusiya ordusu böyük qisas əməliyyatı reallaşdıracaq gücdə deyil.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
