Putin müharibənin bitməsini istəmir? | Zelenskidən maraqlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “Newsmax” kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar səsləndirib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp artıq özü şəxsən anlayır ki, Rusiya Prezidenti Vladimir Putin ona yalan danışır.
“Vacibdir ki, Prezident D.Tramp bunu başqalarından eşitmir, məhz özü görür. Biz ABŞ-nin atəşkəsə dair bütün təşəbbüslərini dəstəklədik. Mən D.Trampın bütün təşəbbüslərinə dəstək verdim. Amma o, reallığı gördü. Vladimir Putin bir şey deyir, sonra isə bombalayır. O, müharibənin bitməsini istəmir”, ‒ deyə V.Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin qeyd edib ki, ABŞ üçün Ukraynanın bu müharibədə uduzmaması olduqca önəmlidir. Onun sözlərinə görə, V.Putin isə artıq çoxsaylı hərbçisini itirməkdədir.
V.Zelenski Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində bu ay ciddi irəliləyiş əldə olunduğunu bildirib:
“Bu ay müdafiə sistemləri sahəsində biz dönüş nöqtəsinə çatdıq. Ukrayna üçün prioritet “Patriot” sistemləridir. Ağ Evdən və şəxsən Prezidentdən bu məsələdə dəstəklə bağlı müsbət siqnal aldığım üçün minnətdaram. Sanksiyalar paketinə gəlincə isə siz özünüz görürsünüz ki, hər kəs bu istiqamətdə irəliləyir”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
