Putin Rusiya üçün önəmli qərar verir | Təhlükəsizlik üçün görüləcək işlər açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyi üçün zəruri qərarlar verir”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ lideri Donald Trampın rusiyalı həmkarına ünvanladığı tənqidi fikirləri şərh edərkən deyib.
O əlavə edib ki, Kiyevin Qələbə bayramı ərəfəsində liderləri necə hədələdiyinin şahidi olduq:
“Təhdidləri hamı eşitdi. Orada olan liderlər böyük gün ərəfəsində dron hücumuna cəhdin şahidi oldular. Prezident Rusiyanın təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir.
Əlbəttə ki, Rusiya ABŞ-yə, xüsusən də Prezident Donald Trampa Ukrayna ilə danışıqlar prosesinin başlanmasında təşkilatçılığına və göstərdikləri köməyə görə minnətdardır. Amerika tərəfi bu məsələnin həlli yolunda çox böyük səy göstərib. Bu, böyük nailiyyətdir və məsuliyyətli işdir. Ona görə də emosional reaksiyalar olur. Hər şeyi diqqətlə izləyirik”.
Qeyd edək ki, Donald Tramp Vladimir Putinin Ukraynaya hücumunu tənqid edib və Rusiya liderinin bu addımını dəlilik adlandırıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
