Pleyeri seçin:

Putin Trampla razılaşdı! | Qərb mediasında rezonans doğuran xəbər - Baku TV

30 yanvar 2026 336 baxış

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama verib.

Tramp bildirib ki, rekord dərəcədə soyuq hava şəraiti fonunda o, Rusiya Prezidenti Vladimir Putindən Kiyevə və Ukraynanın digər şəhərlərinə bir həftə ərzində atəş açmamağı şəxsən xahiş edib və Putin bu təkliflə razılaşıb.

ABŞ Prezidentinin sözlərinə görə, hazırda Ukraynada müşahidə olunan sərt şaxta mülki əhali üçün ciddi humanitar risklər yaradır. Məhz bu səbəbdən Tramp Kremlə müraciət edərək hücumların müvəqqəti dayandırılmasını istəyib. Onun açıqlaması Qərb mediasında da geniş rezonans doğurub.

Ukrayna Prezidenti Volodimir Zelenski isə məsələ ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, razılaşmaların icrası gözlənilir və deeskalasiya istiqamətində atılan bu cür addımlar müharibənin başa çatması üçün real irəliləyiş yarada bilər.

Rəsmi Moskva hələlik Trampın açıqlamasını təsdiqləməyib. Bununla belə, ABŞ Prezidentinin bu bəyanatı beynəlxalq ictimaiyyətdə ciddi suallar doğurub: söhbət doğrudan da humanitar fasilədən gedir, yoxsa Trampın vasitəçiliyi ilə yeni siyasi mərhələnin əsası qoyulur?

Ekspertlər hesab edirlər ki, əgər bu bir həftəlik “atəşsizlik” faktiki olaraq reallaşarsa, bu, Trampın müharibənin gedişinə birbaşa təsir göstərdiyini nümayiş etdirən ən ciddi epizodlardan biri olacaq.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 336 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 336 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 336 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 336 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 336 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 336 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 336 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 336 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 336 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 336 baxış
Seçilmişlər
icon