Pleyeri seçin:
Putin Ukraynaya getdi
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Mariupol şəhərinə səfər edib. Bu, müharibə başlayandan sonra onun Donetsk vilayətinə ilk səfəridir.
“Rossiya-24” telekanalı V.Putinin Mariupola səfərindən video yayımlayıb. Kadrlardan aydın olur ki, Rusiya lideri Baş nazirin müavini Marat Xusnullinlə avtomobildə gəzir.
Dövlət rəsmisi V.Putinə şəhərdə yeni mikrorayonların, ictimai obyektlərin, tibb müəssisələrinin tikintisi, aparılan bərpa işlərinin gedişi barədə məlumat verib. V.Putin həmçinin helikopterlə şəhər üzərində uçub, avtomobillə bir neçə rayonu gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib.
Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə onların evinə gedib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
