Putin və Tramp illər sonra bir araya gəldi | Görüş barədə sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Alyaskanın Ankoric şəhərinə gəlib.
Rusiya liderini gətirən təyyarə Bakı vaxtı ilə saat 22:20-də eniş edib.
Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında Rusiya Prezidentini Donald Tramp şəxsən qarşılayıb.
Dövlət başçıları daha sonra eyni avtomobilə əyləşərək uçuş-enmə zolağından aralanıblar və hərbi bazanın ərazisində danışıqlar üçün ayrılmış otağa gəliblər.
Media nümayəndələrinin qısa görüntülər çəkməsindən sonra görüş "üçün üçə" formatında başlayıb. Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıblar.
Qeyd edək ki, danışıqların əvvəlcə Donald Trampla Vladimir Putin arasında təkbətək formatda keçiriləcəyi bildirilsə də, son anda format dəyişdirilib və "üçün üçə" formatına keçirilib. Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.
#Vladimir Putin teqi istifadə olunub
- "Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV
- Putinin köməkçisi açıqladı | Rusiya və ABŞ liderləri hansı məsələləri müzakirə edəcək? - Baku TV
- İlham Əliyev Paşinyanla görüşdü | Trampın xüsusi nümayəndələri Putinin qəbulunda - YENİ BİR SƏHƏR
- Rusiya Ukraynanın atəşkəs təklifinə nə cavab verəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
