Putin və Zelenski razılaşdı | Trampdan Rusiya-Ukrayna müharibəsi barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna ilə danışıqlarda irəliləyiş olsa da, tərəflər arasında çox narazılıq və fikir ayrılıqları var”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, gündəmdə çox mühüm məsələlər var. “Mən əlimdən gələni edirəm”, − deyə o qeyd edib.
Qeyd edək ki, Ağ Ev rəhbəri prezident seçiləndən sonra Rusiya tərəfi ilə danışıqlara start verilib. O, Vladimir Putinlə 2 dəfə telefonla danışıb. ABŞ, Rusiya və Ukrayna arasında son danışıqlar isə martın 23-25-də Ər-Riyadda baş tutub. Tərəflər Qara dənizin təhlükəsizliyinin təmin edilməsi məsələsində razılığa gəliblər.
Yerli medianın yaydığı məlumata görə, Rusiyanın tələbləri sırasında Avropa İttifaqı ilə bağlı məqamlar da var. Tramp Putinin bunun qarşılığında nə verəcəyinə baxıb, daha sonra gələcək addımlar barədə qərar verəcək. ABŞ 30 günlük atəşkəsi münaqişəyə son qoymaq üçün ciddi bir addım kimi qiymətləndirir. Ağ Ev lideri Moskva və Kiyevin sülh istədiyini, lakin Rusiyanın prosesi gecikdirdiyini bəyan edib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
