Putindən Gürcüstan ilə bağlı gözlənilməz açıqlama | Rusiya Prezidentini təəccübləndirən məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı öz mövqeyini müdafiə etməsində göstərdiyi cəsarət və xarakter Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib.
O bu barədə Qazaxıstana səfərindən sonra mətbuat konfransı zamanı danışıb.
Qeyd edib ki, Gürcüstanda baş verən hər şeyə təəccüblə baxıb.
“Bizim Gürcüstan rəhbərliyi ilə heç bir münasibətimiz yoxdur. Onların öz nöqteyi-nəzərini müdafiə etmək üçün göstərdikləri cəsarət və xarakter məni sadəcə heyran etdi”, – deyə dövlət başçısı bildirib.
Həmçinin V.Putin Qərbin keçmiş SSRİ ölkələrinin daxili siyasətinə müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib ki, kim ödəniş edirsə, musiqini o sifariş edir.
Dövlət başçısı qeyd edib ki, Qərb dövlətləri tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının (QHT-lərin) sayına baxsanız, mənzərə çox real görünür.
V.Putin vurğulayıb ki, QHT üzvləri xarici ölkələrdən gələn pullarla keçmiş Sovet İttifaqı ölkələrində siyasi fəaliyyətdə iştirak edirlər.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
