Putindən süni intellektlə bağlı peşə sahiblərinə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Süni intellekt texnologiyalarının inkişafı səbəbindən dünyada milyonlarla insan işini itirə və ya peşəsini dəyişməyə məcbur ola bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Avrasiya İqtisadi Forumunda bildirib.
"Əmək bazarı yenidən qurulur. Milyonlarla insanın işini itirdiyi və ya fəaliyyət növünü dəyişdirməyə məcbur olduğu ssenari olduqca realdır. İnsanların yerini kompüter zəkası tutacağı üçün bütün peşələr yox ola bilər", – deyə o hesab edir.
Putin əlavə edib ki, Rusiya hazırda süni intellektin inkişafı üçün suveren platformalar yaradan azsaylı ölkələrdən biridir.
Aprel ayında süni intellekt inkişafı ilə bağlı məsləhətləşmələr çərçivəsində Rusiya Prezidenti hökumətə və regionlara 2030-cu ilə qədər bütün sektorlarda süni intellekt texnologiyalarının tətbiqi üçün proqram hazırlamağı tapşırıb.
#Süni intellekt teqi istifadə olunub
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
