Putindən Xersona hücumla bağlı diqqətçəkən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Xerson bölgəsində mülki əhaliyə hücumunu 2014-cü il mayın 2-də Odessada baş verən faciə ilə müqayisə edib.
Bu barədə “Telegram”da bölgənin rəhbəri Volodimor Saldo məlumat verib.
Onun sözlərinə görə, Putin bu qiymətləndirməni Xorlı kəndindəki kafe və hotelə dron hücumu ilə bağlı məlumatı dinləyəndən sonra səsləndirib.
V.Saldo yazıb: "Vladimir Vladimiroviç bu cinayətin qəddarlıq, qeyri-insanilik baxımından 2 may 2014-cü ildə Odessada insanların yandırılması ilə eyni olduğu fikri ilə razılaşdı".
Qeyd edək ki, Yeni il gecəsi Xerson bölgəsində mülki vətəndaşların Yeni ili qeyd etdiyi yerə pilotsuz təyyarə hücumu edilib. Nəticədə 24 nəfər ölüb, onlarla insan yaralanıb.
#Vladimir Putin teqi istifadə olunub
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
