Pleyeri seçin:
Putinə ABŞ prezidentləri ilə bağlı açıq sual
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya amerikalıların seçdiyi istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, lakin daha yaxşı olar ki, bu, Co Bayden olsun”.
Bunu Kreml rəhbəri Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Cozef Bayden daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik”, – V.Putin vurğulayıb.
Vladimir Putin əlavə edib ki, Rusiyanın nöqteyi-nəzərindən ABŞ-də getdikcə daha kəskin formalar alan seçki kampaniyasına müdaxilə etmək düzgün deyil. Moskva üçün daha vacib olan hansısa prezidentin sağlamlıq vəziyyəti deyil, namizədlərin siyasi mövqeyidir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
