Putinin ABŞ prezidenti ilə gizli söhbəti | ABŞ prezidenti çaşıb qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Şimali Qafqazda terrora dəstəyini davam etdirdiyini, hətta bu məsələnin ən yüksək səviyyədə müzakirəsinin belə vəziyyəti dəyişmədiyini bildirib. O, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Dəfələrlə məsələ qaldırmışam ki, ABŞ Şimali Qafqazda nə separatizmi, nə də terroru dəstəkləməlidir. Lakin onlar bunu davam etdirdilər. Qafqazdakı terror qruplaşmalarına siyasi dəstək, informasiya dəstəyi, maliyyə dəstəyi, hətta hərbi dəstək ABŞ və onun əlaltılarından gəlib”, – o bildirib.
Putin qeyd edib ki, ABŞ Prezidenti ilə söhbətində bu məsələni qaldırıb: “Deyir ki, ola bilməz, sübutunuz var? Deyirəm, bəli. Mən bu söhbətə hazır idim və ona bu sübutu verdim. Baxdı və bilirsən nə dedi? Üzr istəyirəm, amma olduğu kimi sitat gətirəcəyəm, dedi ki: “Yaxşı, onların arxasını dağıdacağam”. Cavab gözlədik, amma cavab olmadı.
Federal Təhlükəsizlik Xidmətinin direktoruna Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə saxlamağı və bu söhbətin nəticəsinin olub-olmadığını öyrənməyi tapşırdım. Bir dəfə, iki dəfə yazdıq, sonda cavab aldıq. Arxivdə cavabı saxlayırıq. MKİ-dən cavab belədir: “Biz Rusiyada müxalifətlə işləyirdik. İnanırıq ki, bu, düzgündür və müxalifətlə işimizi davam etdirəcəyik. Gülməlidir. Anladıq ki, söhbət olmayacaq”.
#Vladimir Putin teqi istifadə olunub
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- Moskvadan gələn açıqlama yeni diplomatik prosesin başlanğıcı ola bilərmi? - Baku TV
- Zelenski Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib - Baku TV
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Putindən sərt sözlər | Müharibə ehtimalı yenidən gündəmdə - Baku TV
