Putinin əsl məqsədi... | Trampın savaşı sonlandırmaq cəhdləri necə nəticələnəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın ultimatumuna məhəl qoymayacaq və yeni sanksiya təhdidlərinə baxmayaraq, Ukraynaya qarşı müharibəsini davam etdirəcək”.
Bu barədə Kremlə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər.
Agentliyin həmsöhbətlərindən biri deyib ki, Putin ABŞ rəhbərliyi ilə münasibətlərin yenidən pisləşməsindən narahatdır. Kreml sahibi hələ də ümid edir ki, Rusiya yenidən ABŞ üçün dost ölkəyə çevrilə və Qərblə ticarəti bərpa edə biləcək.
Həmçinin Rusiya Ordusu cəbhədə irəlilədiyi və Ukraynanın vəziyyətinin ağır olduğu üçün Putin müharibəni dayandırmaq istəmir. Mənbənin sözlərinə görə, əgər Putin indi dayansaydı, nə rus xalqı, nə də rus ordusu onu başa düşərdi.
“Reuters”in həmsöhbəti bildirib ki, Rusiya Baş Qərargahı Putini iki-üç aya Ukrayna cəbhəsinin dağılacağına inandırıb.
Agentliyin ikinci mənbəsi qeyd edib ki, Kreml sahibi Trampla münasibətlərini yüksək qiymətləndirir və onu qəzəbləndirmək istəmir, amma Ukraynaya qarşı müharibə Putinin əsas prioritetidir, ona görə də müharibəni ABŞ Prezidenti istədiyi üçün dayandıra bilməz.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
