Putinin Moskvada təzyiq altında olduğuna dair əlamətlər var | Kon Koflin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ağ Ev rəhbəri Donald Trampın Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq üçün verdiyi son tarix ən uğurlu anda seçilib”.
Bunu “The Telegraph” qəzetinə müsahibəsində siyasi şərhçi Kon Koflin söyləyib.
Onun sözlərinə görə, ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə qarşılaşmaq perspektivi, yəni Rusiya ilə ticarət edən tərəflərin də sanksiyalara məruz qalması Putinin gözardı edə biləcəyi bir təhdid deyil. Çünki Kremlin müharibəni davam etdirmə gücü əsasən enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərə əsaslanır.
“Əgər bu gəlirlər kəsilsə, Putinin Rusiya imperiyasını bərpa etməyə yönəlmiş “dahi planı”nın daha bir dayağı çökəcək”, ‒ deyə Koflin vurğulayıb.
O əlavə edib ki, Putinin Moskvada təzyiq altında olduğuna dair əlamətlər var. Buna hakim elita daxilində təmizləmələrlə bağlı yayılan xəbərlər sübutdur. Bundan əlavə, Putinin üzləşdiyi çətinliklərin miqyası ötən günlər daha da aydın oldu ‒ Kreml builki ənənəvi Hərbi Dəniz Paradını ləğv etdi və səbəb kimi Ukraynada verilmiş ağır itkiləri göstərdi.
“Bütün bunların fonunda Trampın atəşkəs üçün son tarixi irəli çəkməsi tam yerində qərar olub. Əgər Putinə aydın şəkildə göstərilsə ki, onun Ukraynada müharibəni qazanmaq şansı yoxdur, o zaman Trampın atəşkəs planını qəbul etməkdən başqa çıxış yolu qalmayacaq”, ‒ deyə Koflin sonda əlavə edib.
Ekspertlərin fikrincə, Ağ Evin son zamanlar dünyanın ən böyük iqtisadi gücləri ilə ABŞ üçün son dərəcə əlverişli bir sıra ticarət sazişləri imzalaması Trampın bu məsələdəki niyyətinin ciddi olduğunu göstərir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
