“Putinin yeganə ümidi...” | Rusiyanın müharibə ilə bağlı qalmaqallı planları
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Ukrayna şəhərlərinə endirilən zərbələrlə Qərbi inandırmağa çalışır ki, qələbə qazanmaq əzmindədirlər. Bu, ukraynalıları ruhdan salmaq məqsədi daşıyır.
ABŞ-də fəaliyyət göstərən Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bu fikirdədirlər.
Üç il ərzində Rusiyanın hücum taktikası dəyişsə də, tələbləri dəyişməz olaraq qalır.
V.Putinin yeganə ümidi Qərbin Ukraynaya yardımı dayandırmasıdır. Onun fikrincə, Rusiyanın NATO və Şərqi Avropa ölkələrinə qarşı aqressiv ritorikası diqqəti Ukraynadakı uğursuzluqlardan yayındıracaq.
Analitiklər düşünürlər ki, İstanbul danışıqları da Rusiya üçün fürsətdir. Çünki V.Putinin Türkiyəyə göndərdiyi nümayəndə heyəti çıxışları ilə ABŞ və Avropanı Ukraynanın çarəsizliyinə inandırmağa çalışır. Məqsəd bu ölkəyə yardım tərəddüdü yaratmaq və cəbhədə qələbə qazanmaqdır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
