Pleyeri seçin:

Putinlə müsahibəsi qalmaqal yaradan amerikalı jurnalist barədə Zaxarovadan açıqlama

04 dekabr 2024 370 baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna açıqlamasında deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin iki gün ərzində yayımlanacağını gözləmək olar.

M.Zaxarova bildirib ki, müsahibə böyük miqyaslıdır, bir saat yarımdan çoxdur.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Lavrovun Karlsonla söhbəti çox maraqlı olub. Görüş zamanı xüsusilə Ukrayna və Rusiya-Amerika münasibətləri mövzularına toxunulub.

Bundan əvvəl Zaxarova xarici işlər nazirinin amerikalı jurnalistlə müsahibəsinin çəkilişindən foto dərc edib.

Onu da qeyd edək ki, amerikalı jurnalist Taker Karlson bu ilin fevral ayında Rusiya Prezidenti Vladimir Putindən də geniş müsahibə götürüb. Putinin Rusiya tarixi və dövlətin müasir dövrdəki siyasati barədə monoloqlar söylədiyi həmin müsahibə dünya miqyasında böyük maraqla qarşılanıb, müsahibənin elektron variantının baxış sayı milyonlarla ölçülüb.

Həmin müsahibədə Moskvapərəst mövqeyi açıq hiss olunan jurnalist Karlson öz ölkəsində sərt tənqidlərə məruz qalıb. Ancaq o, Rusiyaya, Putinə haqq qazandıran açıqlamalarla çıxış etməkdə davam edib. Karlsonun indi Lavrovdan müsahibə götürməsi həm də onu göstərir ki, o, öz xəttinə sadiqdir.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 370 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 370 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 370 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 370 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 370 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 370 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 370 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 370 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 370 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 370 baxış
Seçilmişlər
icon