Putinlə Tramp söhbət zamanı nələri müzakirə etdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya və Ukrayna hər iki tərəfi qane edəcək kompromislər tapmalıdır".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.
O, ABŞ Prezidenti Donald Trampla telefon danışığı sonrası açıqlama verib.
"Əlbəttə, məsələ odur ki, Rusiya və Ukrayna sülhə doğru böyük iradə göstərsinlər və hər iki tərəfi qane edəcək kompromislər tapsınlar. Eyni zamanda qeyd etmək istəyirəm ki, ümumilikdə Rusiyanın mövqeyi aydındır. Bizim üçün əsas məsələ bu böhranın əsas səbəblərini aradan qaldırmaqdır", ‒ deyə Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsinə dair memorandum üzərində işləməyə hazırdır, bu müqavilə atəşkəsin təmin edilməsi və münaqişənin tənzimlənməsi prinsiplərini özündə əks etdirə bilər.
"Biz sadəcə olaraq, sülhə gedən ən effektiv yolu müəyyən etməliyik", ‒ deyə Rusiya Prezidenti bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
