Qalmaqallı Baş nazir yenidən Fransa gündəmində | Yelisey Sarayında nələr baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Yelisey Sarayı sentyabrda Baş nazir təyin edilmiş Mişel Barnyenin hökumətinin mümkün istefasına hazırlaşır.
Bu barədə “Le Parisien” qəzeti mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa Prezident Administrasiyası Nazirlər Kabinetinə etimadsızlıq votumunu qaçılmaz hesab edir.
Məsləkdaşlarının əhatəsində Emmanuel Makron ehtimal edib ki, yaxın günlərdə 2025-ci ilin dövlət büdcəsi layihəsinə səsvermə ilə əlaqədar hökumətə etimadsızlıq votumu elan oluna bilər.
“Prezident Mişel Barnye kabinetinin süqutunu gözləyir”, – nəşr mənbədən sitat gətirib.
Qəzet yazır ki, hazırkı Baş nazir və onun kabineti istefaya getsə, Fransa yenidən uzun müddət hökumətsiz qala bilər.
“Prezident düşərgəsində heç kim bu hadisənin təkrarını yaşamaq istəməz”, – qəzet prezident dairəsində hökm sürən rəylərdən sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen büdcə layihəsini tənqid edib və qanun layihəsinə dəyişiklik edilməyəcəyi təqdirdə etimadsızlıq votumunu dəstəkləmək niyyəti barədə xəbərdarlıq edib.
#Fransa teqi istifadə olunub
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
- Fransada şənbə gününə özəl olaraq təhlükəsizlik gücləndirilir
- Fransada etiraz aksiyalarının vurduğu iqtisadi zərər milyardlarla avroya çatıb
