Qarabağ separatçılarına İrəvanda qadağa | Səbəb nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı keçmiş qondarma rejimin sabiq “deputatlarına” Ermənistanı tərk etmək qadağan edilib.
Bu barədə məlumatı erməni mediası paylaşıb.
Nəşrin iddialarına görə, "deputat" Qeqam Stepanyan “Zvartnots” hava limanından geri qaytarılıb və ona Ermənistan sərhədinin hüdudlarından kənara çıxmağın qadağan edildiyi bildirilib.
Yerli mətbuatın iddialarına görə, onun saxlanılmasında başlıca səbəb kimi barəsində cinayət işinin açıla bilməsi ehtimalı göstərilir.
Xatırladaq ki, keçmiş qondarma rejimin “deputatları” Ermənistan İstintaq Komitəsinə dindirilməyə çağırılır.
“Onlara Qarabağda baş verən son hadisələr, xüsusən də separatçıların lideri Araik Arutyunyanın istefasının səbəbləri barədə suallar verilir”, – deyə mənbə qeyd edir.
#Ermənistan teqi istifadə olunub
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
