Qərbdə bəzi rəsmilər var ki, Gürcüstanın... | Kobaxidzedən sərt mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Ölkəmizin suverenliyinə, müstəqilliyinə, milli kimliyinə, dəyərlərinə xüsusi münasibətimiz var. Qərbdə bəzi nüfuzlu qüvvələr var ki, onlar son nəticədə obyektiv ədalətsizlik hissini doğuran konkret qərarlara belə təsir göstərirlər”, – deyə İ.Kobaxidze bildirib.
Qeyd edək ki, Avropa İittifaqı ilə ABŞ-nin Gürcüstanla münasibətləri parlamentin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra xeyli pisləşməyə başlayıb. Avropa İttifaqı dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırıb, lakin hakim “Gürcü Arzusu” partiyasının liderləri ardıcıl olaraq israr ediblər ki, qanunun məqsədi Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınının şəffaflığını təmin etməkdir. Belə ki, bəzi QHT-lər ölkədə inqilab etməyə çalışırdılar. İrakli Kobaxidze dəfələrlə Qərb tərəfdaşlarını bu qanunu müzakirə etməyə çağırıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
