Qərbin canına qorxu salan ölkə hansıdır? | Solonnikovdan sensasiyalı açıqlama
Bu vəziyyətdə Türkiyə ilə Ermənistanı müqayisə etməzdim: nə iqtisadiyyat, nə əhali, nə də Avropa İttifaqı standartlarına uyğunlaşmaq üçün lazım olan resurslar baxımından.
Bunu rusiyalı politoloq Dmitri Solonnikov Kremlin sözçüsü Dmitri Peskovun “Türkiyə onilliklərdir ki, Aİ-yə daxil olmaq istəyir, amma buna imkan vermirlər, Aİ Ermənistanla da eyni yolu tuta bilər” sözlərini şərh edərkən deyib.
“Ermənistanın Aİ-yə daxil olmaq şansı Türkiyədən qat-qat çoxdur. Niyə? Çünki Qərb Türkiyədən qorxur. Türkiyə iqtisadiyyatdır. Ermənistan kiçikdir və heç kim onun Aİ-yə daxil olmasının fərqinə varmayacaq. Onun Aİ ilə ortaq sərhədi belə yoxdur. Amma Ermənistanın hesabına uzaq Cənubi Qafqazda özünün “müdaxilə anklavını” əldə etmək müəyyən Qərb qüvvələri üçün sərfəlidir.
Bu məqsədlə Ermənistanın Aİ-yə daxil olması üçün sürətləndirilmiş prosedur başlaya və İrəvan Aİ-yə kifayət qədər tez qəbul oluna bilər. Bu mövqeyi Fransa Prezidenti Emmanuel Makron irəli sürəcək. Düzdür, E.Makronun bu il və ya ondan sonrakı illərdə, xüsusən də 2027-ci ildə prezident seçkiləri təyin olunduğu zaman necə sağ qalacağı məlum deyil”, – o bildirib.
#Rusiya teqi istifadə olunub
- Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV
- Rusiyada 49 yaşlı azərbaycanlı dron hücumunda həyatını itirdi - Baku TV
- Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV
- Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI
- Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI
