Pleyeri seçin:

Qərbin gizlətdiyi xəbər: Səudiyyə sərhədçiləri efiopiyalı miqrantları qətlə yetirdi

25 avqust 2023 331 baxış

"Human Rights Watch" Səudiyyə sərhədçilərini atıcı silahlar və partlayıcılardan istifadə edərək yüzlərlə efiopiyalı miqrantı öldürməkdə ittiham edib.

Təşkilatın yeni hesabatına görə, yüzlərlə efiopiyalı miqrant və sığınacaq axtaran şəxs Yəməndən sərhədi keçməyə cəhd edərkən Səudiyyə sərhədçiləri tərəfindən güllələnib.

Səudiyyə Ərəbistanı bu iddiaları rədd edir və Qərb dövlətlərinin hökumətləri bu məsələni gündəmə gətirməməyi üstün tuturlar. Bununla belə, iddiaları beynəlxalq media, o cümlədən “Röyters” xəbər agentliyi də təsdiqləyib.

Sağ qalan efiopiyalılar Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədində baş verən qırğınların dəhşətlərindən danışırlar. Tiqrayda müharibədən qaçan miqrantlar atəşlə qarşılandıqlarını və ölülərini sərhəd boyu kütləvi məzarlıqlarda basdırmağa məcbur olduqlarını deyirlər.

“The Guardian” yazır ki, insan haqları müdafiəçiləri peyk görüntülərindən, hadisənin 20-dən çox qurbanının fotoşəkillərindən, sağ qalanların ifadələrindən və gülləbarandan yaralı qurtulanların məhkəmə-tibbi ekspertizasından istifadə edərək sərhədi keçməyə çalışan insanları hədəf alan Səudiyyə krallığına qarşı ittihamların əsaslı olduğu qərarına gəliblər.

İnsan haqları müdafiəçilərinin hesabatı Səudiyyə-Yəmən sərhədində insan hüquqlarının son dərəcə ciddi pozuntularına dair artan sübutlar toplusuna əsaslanır. Ötən il BMT-nin xüsusi məruzəçiləri Səudiyyə hökumətinə yüzlərlə miqrantın öldürülməsi ilə bağlı məktub yazıb.

Banner
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 331 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 331 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 331 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 331 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 331 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 331 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 331 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 331 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 331 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 331 baxış
Seçilmişlər
icon